Bakı-Tbilisi-Ceyhan (BTC) sisteminin tam istismara verilməsindən 16 il ötür. Bununla bağlı energetika naziri Pərviz Şahbazov paylaşım edib.
Bu müddətdə BTC ilə 463 milyon tonu Azərbaycan nefti olmaqla ümumilikdə təxminən 518 milyon ton neft nəql olunub.
Bakı-Tbilisi-Ceyhan boru xətti — Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql olunduğu kəmərdir. Onun uzunluğu 1 768 kilometr təşkil edir.
BTC sisteminin tam istismara verilməsindən 16 il ötür. Bu müddətdə BTC ilə 463 mln.tonu #AzərbaycanNefti olmaqla ümumilikdə, təxminən, 518 mln.ton #neft nəql olunub.
— Parviz Shahbazov (@ParvizShahbazov) July 13, 2022