16 yaşlı azərbaycanlı yeniyetmənin oxuduğu muğam parçası yenidən dünya gündəmində yer tutub. Bu barədə İnsanoid CNN Türk-ə istinadən bu gün, 16 yanvar tarixində xəbər verir.
Kənan Bayramlının 2021-ci ildə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalındakı ifası dünyaya səs salıb. “Bayatı-Şiraz” muğamını oxuyan Kənanın videosu yenidən gündəmə gəlib.
Belə ki, bir çox məşhur musiqiçilər və sənət adamları onun ifasına valehliklərini gizlətməyiblər. Onların arasında türk sənətçilər də var: Zülfü Livaneli, Zafer Algöz, Sibelcan, Erhan Güzel və digərləri.
“Xarıbülbül” festivalından olan görüntülər geniş izləyici kütləsi toplayıb. Bunun nəticəsində Fulya Öztürk Kənanla yenidən görüşmək qərarına gəlib. Azərbaycanda sevilən jurnalist videogörüntü vasitəsilə müsahibə keçirib.
Onlar ilk dəfə Vətən müharibəsi zamanı Ağdamda olarkən görüşmüşdülər.
Kənan Bayramlının festivalda ifası zamanı İlham Əliyev də göz yaşlarını saxlaya bilməmişdi.