2 milyon manatlıq oğurluq edən şəxslərin məhkəməsi başlayır

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Bu haqda sentyabrın 21-də APA məlumat yayıb.

Cinayət işinin materialları toplanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər.

Oğurluq edən şəxs əldə etdiyi qızıl-zinət əşyalarını yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik emalatxanasında əridib, daha sonra isə əritdiyi qızıllardan yeni model zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki qızıl qəbulu yerlərinə satıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “2 milyon manatlıq oğurluq edən şəxslərin məhkəməsi başlayır”

Tövsiyə xəbərlər