TÖVSİYƏ XƏBƏRLƏR

2 nömrəli doğum evinin açılışı olub

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 nömrəli doğum evində təmir işləri aparılıb. Bu barədə 29 iyul tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sözügedən doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Burada vətəndaşlara həm ambulator, həm də stasionar xidmət göstəriləcək.

Qeyd olunub ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan iki milyon manat vəsait ayrılmışdır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx