20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakıda hazırlıqlar başa çatıb

20 Yanvar faciəsinin ildönümü ilə bağlı Bakıda hazırlıqlar başa çatıb

Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb. Bu barədə Report 19 yanvar tarixində məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq, faciənin ildönümü ilə bağlı burada Hüzn Günü üçün hazırlıq işləri aparılıb, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft dizaynerləri cəlb olunublar. Artıq hazırlıq işləri başa çatıb.

BŞİH-nin qurumlarının əməkdaşları yanvarın 20-də Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx