“20 Yanvar”la əlaqədar bəzi avtobusların sxemi dəyişdiriləcək

“20 Yanvar”la əlaqədar bəzi avtobusların sxemi dəyişdiriləcək

Ümumxalq Hüzn Günü ilə bağlı bəzi yollara məhdudiyyətlər qoyulacaq. Bu barədə İnsanoid Bakı Nəqliyyat Agentliyinə istinadən bu gün, 19 yanvar tarixində xəbər verir.

20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar, Parlament prospektində Şəhidlər xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx