TÖVSİYƏ XƏBƏRLƏR

2000-ci illərin ən yaxşı hücumçuları açıqlanıb

2000-ci illərin ən yaxşı hücumçularının siyahısı açıqlanıb. Bu barədə İnsanoid “FourFourTwo” nəşrinə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.

Sıralamaya Fransa millisinin sabiq futbolçusu Tyerri Anri başçılıq edir.

İkinci yerdə braziliyalı Ronaldo, üçüncü pillədə isə ingiltərəli Ueyn Runi qərarlaşır.

İlk “10-luq”da digər yerləri müvafiq olaraq, Zlatan İbrahimoviç (İsveç), Samuel Eto’o (Kamerun), Andrey Şevçenko (Ukrayna), Didye Droqba (Fil Dişi Sahili), David Trezeqe (Fransa), Raul Qonsales (İspaniya) və Rud van Nistelroy (Niderland) tuturlar.