Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək. Bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Bu barədə 30 oktyabr tarixində Report məlumat verib.
Belə ki, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7% artırılaraq 246 manatdan 270 manata qaldırılır.
Qeyd edək ki, 2023-cü ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23% artaraq 246 manat olub. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşib.