Yanvarın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Havanın temperaturu gecə 1-2°, gündüz 7-9° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0° şaxtadan 5°-dək şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.