28 oktyabr 2020-ci ildə saat 07:30 radələrində Ermənistan silahlı qüvvələri Tərtər rayonunu artilleriya atəşinə tutmuşdur. Həmin gün bir qədər sonra rayonun ərazisi “Smerç” və “Qrad” yaylım atəşli reaktiv sistemlərdən və toplardan raket hücumuna məruz qalmışdır.
29 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri saat 09:25 radələrində Tərtəri təkrar artilleriya atəşinə tutmuşdur. Həmin gün saat 13:50 radələrində buraya diplomatik nümayəndələrin səfəri zamanı da Tərtər rayonu düşmən tərəfindən atəşə tutulmuşdur.
“Dəmir Yumruq” əməliyyatının başlandığı gün, 2020-ci il sentyabrın 27-də düşmən tərəfindən Tərtər rayonunun Qapanlı kəndi atəşə tutulmuşdur. Bundan əlavə, Vətən müharibəsi zamanı Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə hədəfə alınmışdır.