“28 Mall” və “Gəncə Mall“da ötən il sentyabrın 25-dən start götürmüş stimullaşdırıcı lotereya kampaniyaları bu il yanvarın 25-də başa çatıb. Bu barədə İnsanoid bu gün, 30 yanvar tarixində xəbər verir.
“28 Mall-da xərclə sənin də Haval-ın olsun!” və “Gəncə Mall-da Xərclə və Qazan!” kampaniyalarının qalibləri artıq ilk 3 tirajda oynanılan “Apple iPhone 13 Pro mobil telefonları, Porodo Lifestyle skuterləri və “Apple Airpods Pro” qulaqcıq hədiyyələrini əldə ediblər.
Bu kampaniyaların sonuncu tirajı isə 30 yanvar tarixində oynanıldı və qalibləri elan olundu. Hər iki “mall”da kampaniyaların əsas mükafatı olan son model “Haval Hybrid H6” avtomobili və “Hyundai Venue” avtomobili təsadüfi seçim nəticəsində öz sahiblərini tapıb.