TÖVSİYƏ XƏBƏRLƏR

Bakı metrosunun fəaliyyəti bərpa olunub

Hazırda Bakı metrosunun fəaliyyəti tam bərpa olunub və qatarlar qrafikə uyğun olaraq hərəkət edir. Bu barədə oktyabrın 30-da “Bakı Metropoliteni” məlumat yayıb.

Bundan əvvəl, “Xətai-Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti bərpa edilmişdir.

***

16:25

“28 May” stansiyasında qatarların dayanmasına səbəb olan tüstülənmə haqqında açıqlama verilib. Bu haqda FHN oktyabrın 30-da xəbər verib.

Qeyd edilir ki, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin müəyyən hissəsində tüstülənmə baş verib. Təhlükənin qarşısı Metropoliten əməkdaşları tərəfindən alınıb.

***

14:57

“28 May” stansiyasının giriş sahəsində tüstülənmə qeydə alınıb. Hadisə haqqında Bakı Metropoliteni oktyabrın 30-da məlumat yayıb.

Bu səbəbdən “Həzi Aslanov-28 May” istiqamətində qatarların hərəkətində məhdudiyyətlər olub.