TÖVSİYƏ XƏBƏRLƏR

3 aya mobil rabitə operatorlarının gəlirləri nə qədər olub?

2022-ci ilin yanvar-mart aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri 14,7% artaraq 604,4 milyon manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.

Hesabata əsasən, sözügedən xidmətlərin 76,4%-i əhali tərəfindən istehlak olunub.

Qeyd olunub ki, xidmətlərdən əldə edilən gəlirin 39,5%-i və ya 239 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx