TÖVSİYƏ XƏBƏRLƏR

3-cü qrup üzrə qəbul imtahanlarında 2 nəfərdə telefon tapılıb

Bu gün 3-cü ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunublar. Bu barədə İnsanoid Dövlət İmtahan Mərkəzinə istinadən bu gün, 20 may tarixində xəbər verir.

Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaqlar.

1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx