TÖVSİYƏ XƏBƏRLƏR

3 saatlıq fasilə: Facebook, Instagram və Whatsapp-ın çöküşü və Zukerberqin itirdiyi milyardlar

Hal-hazırda bütün dünyada Facebook, Instagram və Whatsapp sosial şəbəkələrinin işləməsində problem yaranıb. Bu vəziyyət 2 saatdan çoxdur ki davam edir. İstifadəçilər tətbiqlərin nə mobil, nə də ki desktop versiyalarına daxil ola bilmirlər.

Bundan əvvəl Facebook-un işləməsində ən qlobal problem 2019-cu ildə baş vermişdir. O zaman bu fasilə 10 saatdan çox davam etmişdir. Daha öncə isə eyni hal 2008-ci ildə yaranmışdır. Bu vəziyyət Azərbaycandan olan istifadəçilərə necə təsir edir?

Ölkədə fəaliyyət göstərən bir çox bank vasitəsilə heç bir əməliyyat aparmaq olmurdu. Əsas da “MilliÖn” və “EManat” kimi ödəniş vasitələrində. Hazırda bu problem aradan qaldırıldı.

Bir çox saytın işləməsində problemlər yaranıb.

İnsanlar daha çox Twitter, Telegram və VK sosial şəbəkələrinə axın etdikləri üçün bu proqramlarda problemlər yaranmağa başlayır.

Açıqlamasında Facebook məlumat verib ki, tez bir zamanda problemi aradan qaldırmaq üçün əllərindən gələni edirlər.

Qeyd edək ki, Forbes-un hesablamalarına görə, sosial şəbəkələrinin işləməsində yaranan 3 saatlıq problem Mark Zukerberqə 6,5 milyard dollara başa gəldi.