Oğuz rayonunda intihar hadisəsi baş verib. Bu barədə Report 20 oktyabr tarixində xəbər verib.
Hadisə rayonun Sincan kəndində qeydə alınıb.
Bakı şəhərinin Binəqədi rayon sakini, 39 yaşlı Ramil Mustafayev Sincan kəndində evlərdən birinin tavanından özünü asaraq intihar edib.
Ramil Mustafayevin özünü asdığı ev onun keçmiş həyat yoldaşına məxsus olub. Bir müddət öncə boşansalar da, birgə yaşayıblar.
Faktla bağlı araşdırma aparılır.