22 avqust saat 09:30-a olan məlumata əsasən, 39 110 ixtisas seçimi ərizəsi təsdiq edilib. Bu haqda Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
Müsabiqə şərtləri barədə isə tələbə qəbulu haqqında elandan ətraflı məlumat almaq mümkündür.
Qeyd edək ki, ixtisas seçimi bütün qruplar üzrə 28 avqust saat 23:59-dək davam edəcək.