Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 43 şəxsin işdən qanunsuz olaraq çıxarılması faktı aşkar olunub. Bu barədə iyunun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Görülən tədbirlər nəticəsində həmin işçilər işəgötürənlər tərəfindən yenidən əvvəlki işlərinə bərpa olunublar.
Eyni zamanda, işəgötürənlər tərəfindən gecikdirilən 420 min manat məbləğindəki sosial ödənişlər işçilərə ödənilib. Vəsaitin 99%-i əmək haqları, digər hissəsi isə sosial müavinət və kompensasiyalar olub.