4G şəbəkəsi Naxçıvanı da əhatə edəcək

4G şəbəkəsi Naxçıvanı da əhatə edəcək

Mobil operator Naxçıvan Muxtar Respublikasını 4G şəbəkəsi ilə əhatə edir. Bu barədə 19 yanvar tarixində Trend məlumat verib.

“Azercell Telekom” MMC şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi çərçivəsində Naxçıvanda 4G şəbəkəsinin quraşdırılmasına start verib. Lider mobil operator 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının bütün ərazisini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırır.

Ötən ilin avqust ayında Azercell şəbəkəsinin modernləşdirilməsi və genişləndirilməsi üzrə irimiqyaslı layihəyə start verilib.

İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quraşdıran operator Qarabağda 100-ə yaxın baza stansiyasını istifadəyə verib.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx