TÖVSİYƏ XƏBƏRLƏR

5 aya mobil rabitə operatorlarının gəlirləri nə qədər olub?

2022-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 14,8% artaraq 1,03 milyard manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 17 iyun tarixli hesabatında əks olunub.

Hesabata əsasən, onun da 76,6%-i əhali tərəfindən istehlak olunub.

Qeyd olunub ki, xidmətlərdən əldə edilən gəlirin 40%-i və ya 408,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx