TÖVSİYƏ XƏBƏRLƏR

5 şəhər və rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

“Azəriqaz” İstehsalat Birliyi növbəti həftə (05-09.09.2022 tarixləri) daha 5 şəhər və rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçirəcək. Bu barədə qurum 3 sentyabr tarixində məlumat verib.

Aksiya həftənin 1-ci günü Samux şəhərində (İcra nümayəndəliyi, Arif Nəbiyev 54), 2-ci günü Gəncə şəhərində (Füzuli Parkı), 3-cü günü Goranboy şəhərində (Gənclər Parkı), 4-cü günü Göygöl şəhərində (Heydər Əliyev Parkı), 5-ci günü Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) təşkil olunacaq.

Vətəndaşlar sözügedən aksiyada öz problem və təkliflərini ifadə edə bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx