xəstəxana, qız,

5 yaşlı uşaq sistem köçürüləndən sonra dünyasını dəyişib – VİDEO

Şəkidə 5 yaşlı uşağa sistem köçürüləndən sonra dünyasını dəyişib. Valideynləri belə iddia edir.

Şəki şəhərinin Sarabski, 6 ünvanında yaşayan Eyvazovlar ailəsinin 5 yaşlı üzvü qəfildən xəstələnib. Bu barədə 23 yanvar tarixində Qaynarinfo.az məlumat verib.

5 yaşlı qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Valideynlərin iddiasına görə, azyaşlıya sistem qoşulandan sonra vəfat edib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, azyaşlı 40,3 dərəcə temperaturla Təcili tibbi yardım şöbəsinə müraciət edib. Xəstənin vəziyyəti nəzərə alınaraq, ona təcili həkim təyin edilib, müayinə olunaraq yardım göstərilib. Buna baxmayaraq, xəstənin vəziyyəti pisləşib, reanimatoloq dəvət olunub, lazımi tədbirlər icra olunub, ancaq uşaq kəskin tənəffüz çatışmazlığından vəfat edib.

Faktla bağlı Şəki Şəhər Prokurorluğunda araşdırılmalar başlayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx