Göyçayda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 9 sentyabr tarixində xəbər verir.
Bu gün saat 18:00 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 56 yaşlı Şahsən Yusifovun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq, ölməsi barədə polisə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Novruz Mahmudov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.