Azərbaycanda azyaşlı dərmandan zəhərlənib. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 30 dekabr tarixində xəbər verir.
Qazax rayon sakini Y. Əmrahova “valerian” dərmanı içərək zəhərlənib. Uşaq Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.
Hazırda vəziyyəti qənaətbəxşdir.