Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, 64 kiloqram narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən iki vətəndaş 17 il 6 ay və 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu haqda sentyabrın 29-da APA məlumat yayıb.
Cinayətkarların bağ evlərinə keçirilən baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə, o cümlədən 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən metadon həbləri götürülmüşdür.
Onlar narkotik vasitələri İrandan şəxsi avtomobil vasitəsilə Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçirərək ölkəyə gətiriblər.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.