Rusiyada yüksəklikdən yıxılan şəxs sağ qalıb. Bu barədə 22 mart tarixində Oxu.az xəbər yayıb.
Hadisə Taqanroq şəhərində baş verib. 45 yaşlı şəhər sakini yeddinci mərtəbədən yıxılıb və heç nə olmamış kimi ayağa qalxaraq evinə gedib.
O, yüngül xəsarətlər alıb və həkimə müraciət etməyib. Lakin bir müddət sonra qonşusuna ürəyində ağrıdan şikayət edib. Qadın onun üçün təcili yardım çağırıb.
Bundan sonra vətəndaş xəstəxanaya yerləşdirilib.