FHN əhaliyə güclü küləklə bağlı xəbərdarlıq etdi

Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “FHN əhaliyə güclü küləklə bağlı xəbərdarlıq etdi”

Tövsiyə xəbərlər