Surqut-Moskva təyyarəsinin göyərtəsində yaşlı sərnişin ölüb. Bu barədə 26 oktyabr tarixində Lent.az Rusiya KİV-yə istinadən məlumat verib.
Azərbaycan əsilli 72 yaşlı kişi uçuş zamanı özünü pis hiss edib.
Saat 19.35-də təyyarə Vnukovo Hava Limanına enib. Uçuşa tibbi briqada çağırılıb, lakin sərnişinin həyatını xilas etmək mümkün olmayıb.