TÖVSİYƏ XƏBƏRLƏR

8 ay ərzində ölkəmizə nə qədər elektromobil gətirilib?

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana 74 milyon 136 min dollar dəyərində 1 803 ədəd yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib. Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub.

Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə say baxımından 6,8 dəfə və ya 1 536 ədəd, məbləğ baxımından isə 8,2 dəfə artıb.

Cari ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana 9 640 ədəd (17,4% çox) daxiliyanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx