Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

8 Martda xanımlarımızı nə ilə sevindirək?

Azərbaycanda bildiyimiz kimi, mart ayı bayramlarla boldur. Çoxlarımız qarşıdan gələn 8 Mart bayramında ətrafımızdakı əziz xanımlara nə alacağımızı düşünürük.

Bunun üçün İnsanoid komandası oxucularına fikir olacaq bir neçə nümunə paylaşıb.

Keshi.az

Bu səhifədə 25 manatdan başlayan qiymətlərlə bilərzik, boyunbağı, sırğa kimi əl işləri əldə edə bilərsiniz.

Creartivestation

Hədiyyə edəcəyiniz şəxs incəsənət sevən biridirsə, o zaman həmin şəxsə dulusçuluq master-klası hədiyyə edə billərsiniz. Qiyməti isə 35 manat təşkil edir. Həmçinin sözügedən məkanda 35 manatdan başlayan qiymətlərlə hədiyyəlik hazır qablar əldə etmək mümkündür.

Ekzobutik

Qeyri-adi hədiyyə etmək üçün adıçəkilən məkana müraciət edə bilərsiniz. Kiçik qutuların qiymətləri 50-90 manat, böyük qutular isə 100-150 manatadır. Səbətlərin qiymətləri isə 200 manatdan başlayır.

Shamatique

Ətirli şamlar istənilən qadının sevimli hədiyyəsi ola bilər. 6 manatdan başlayan şamların rəng və qoxu çeşidləri çoxdur.

Lami_cake 

Qastronomik bir hədiyyə etmək fikrindəsinizsə, o zaman 8 Mart üslubunda cupcake-lər və ya eklerlər sifariş edə bilərsiniz.

Zili_azerbaijan

Azərbaycan milli irsini canlandıran və əl işi olan broşların qiymətləri 15 manatdır. Fincan altlığının qiyməti isə 20 manatdır.

Və unutmayın ki, qadınlar gülləri çox sevirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx