11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayevanın qanunsuz əməlləri ifşa edilib. Bu barədə 13 avqust tarixində Baş Prokurorluqdan məlumat verilib.
Müəyyən edilib ki, həmin məktəbin direktoru 2020-ci ilin əvvəlindən 2021-ci ilin avqust ayınadək 88 min 662 manat pul vəsaitini mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin “mənimsəmə külli miqdarda törədildikdə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “vəzifə saxtakarlığı” maddələri ilə cinayət işi başlanılıb. Gülnarə Abdullayevanı 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.