9 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Avqustun 30-da polis tərəfindən ölkə ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə DİN məlumat verib.

Polis onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb. Hadisə haqqında səhiyyə qurumları məlumatlandırılıb.

5 nəfər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam edir.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfər koronavirus infeksiyasına yoluxub. Aktiv xəstə sayı 52 613 nəfərdir.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “9 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb”

Tövsiyə xəbərlər