Ağdaş rayon Yuxarı Ləki kəndində polis tərəfindən “Xaş-xaş-2021” əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş 880 kiloqram çəkisi olan 430 ədəd çətənə kolu aşkarlanıb. Bu haqda sentyabrın 20-də DİN məlumat verib.
Kollar polis tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Daha əvvəl Göyçay rayon Bəydövül kəndində sentyabrın 13-də “Xaş-xaş-2021” adlı əməliyyat-axtarış çərçivəsində çəkisi 180 kiloqram olan 248 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanmışdır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.