Ağdaş: yarım ton narkotik becərən şəxs saxlanılıb

Avqustun 28-də Ağdaş rayonunun Pirəzə kəndində çətənə kollarını becərən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in məlumatına görə, saxlanılan şəxs kəndin meşəlik ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olub. Həmin yerə baxış zamanı ümumi çəkisi 512 kiloqram olan 79 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Ötən il Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı beş mindən çox cinayət hadisəsi qeydə alınıb. Bu, ölkədə baş vermiş qanunsuz əməllərin 20%-ni təşkil edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ağdaş: yarım ton narkotik becərən şəxs saxlanılıb”

Tövsiyə xəbərlər