Ağdamda ekskavator minaya düşüb, yaralanan var

Ağdam rayon Baş Qərvənd kəndində mina partlayışı nəticəsində bir nəfər yaralanıb. O, Bərdə Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Bu barədə sentyabrın 21-də Apa məlumat verib.

İşğaldan azad edilən ərazidə yol tikintisi zamanı ekskavator tank əleyhinə minaya düşüb. Bildirilib ki, zərərçəkən partlayış zamanı ekskavatorun kabinəsində olduğundan ağır xəsarətlər almayıb.

Hazırda yaralanan ekskavatorçunun vəziyyəti sabitdir. Onun üz nahiyəsində şüşə qırıntılarının yaratdığı xəsarətlər var.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ağdamda ekskavator minaya düşüb, yaralanan var”

Tövsiyə xəbərlər