“SOCAR PETROLEUM” QSC Ağdam şəhərində modul tipli yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib. Bu barədə 5 sentyabr tarixində şirkətin saytında məlumat bildirilib.
Bu yanacaqdoldurma məntəqəsində “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir.
Ümumilikdə “SOCAR PETROLEUM” QSC-nın 40 yanacaqdoldurma məntəqəsi və 11 neft terminalı mövcuddur.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.