TÖVSİYƏ XƏBƏRLƏR

İaşə obyektlərindən pul tələb edən saxta jurnalist saxlanılıb

Sentyabrın 2-də Ağdam və Bərdə rayonlarında iaşə obyektlərinə daxil olaraq ayrı-ayrı vətəndaşlardan şantaj yolu ilə pul tələb edən saxta jurnalist polis tərəfindən saxlanılıb. Bu haqda DİN məlumat verib.

Özünü televiziya əməkdaşı kimi təqdim edən şəxs Bərdə rayonunda daxil olduğu aptekdə maskadan istifadə edilmədiyini səbəb göstərərək 1400 manat məbləğində pul tələb edib.

Daha sonra o, Ağdam rayon ərazisində yerləşən marketlərdən birinə daxil olub və obyektə tibbi maskadan istifadə edilmədiyinə dair video görüntüləri silmək üçün 50 manat məbləğində pul tələb edib.

Faktlarla bağlı şikayətçilərin ərizələri alınıb, əməliyyat-istintaq tədbirləri davam edir.