Ağstafa: iki qardaş bıçaqlanıb

Ağstafanın Köçüəsgər kəndində iki qardaş bıçaqlanıb. Qardaşlardan biri ürək nahiyəsindən bıçaq xəsarətləri alaraq hadisə yerində dünyasını dəyişib. Digəri isə xəstəxanaya çatdırılıb.

Hadisə barədə 13 sentyabr tarixində Ağstafa rayon prokurorluğu məlumat verib.

Cinayət kənd kafelərinin birində yaranan mübahisə zamanı baş verib.

Şübhəli şəxs qismində 35 yaşlı Ağstafa sakini saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ağstafa: iki qardaş bıçaqlanıb”

Tövsiyə xəbərlər