Ağstafada ögey övladlarına işgəncə verən qadına cinayət işi açılıb

Avqustun 18-də ögey övladlarına işgəncələr verməkdə şübhəli bilinən qadına cinayət işi açılıb. Sosial şəbəkələrdə Ağstafa rayonunda 2 azyaşlı uşağa qarşı zorakı hərəkətlər etməsi barədə məlumatlar yayılmışdır.

Baş Prokurorluqdan bildirilib ki, iki gün əvvəl uşaqların nənəsi tərəfindən polisə ərizə ilə müraciət olunub. Ərizədə qeyd olunub ki, vəfat edən qızının uşaqlarına ögey anası tərəfindən fiziki zorakılıq göstərilib.

Araşdırma ilə qadının müxtəlif vaxtlarda 2013-cü və 2014-cü il təvəllüdlü ögey övladlarına mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə əzab verərək onlara çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə cinayət işi başlanılıb.

Uşaqlar analarının vəfatından sonra ögey ananın himayəsində qalırdılar. Uşaq analığının onları döydüyünü, şiddət göstərdiyini bildirib. O, bədənində çoxsaylı işgəncə izlərini göstərərək hamısının analığı tərəfindən edildiyini iddia edib: “Ürəyim bulandı, qusdum. Ona görə məni döydü. Həmişə döyür”.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ağstafada ögey övladlarına işgəncə verən qadına cinayət işi açılıb”

Tövsiyə xəbərlər