Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı sentyabrın 8-də vəfat edib. Nizaməddin Quliyevin Gəncədə yerləşən modul tipli xəstəxanada COVID-19-dan öldüyü bildirilir. Bu haqda Report məlumat yayıb.
Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.
Nizameddin Quliyev 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. Daha sonra isə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sözügedən şəxs 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Məhkəmənin hökmunə əsasən o, 9 il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.