Ağsuda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində şəhər ərazisi 4 saat işıqsız qalıb. Bu barədə yanvarın 31-də Report məlumat yayıb.
Hadisə ötən gecə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. ”Ford” markalı mikroavtobusun sürücüsü, adıçəkilən küçədə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə işıq dirəyi aşıb və şəhərin bir hissəsində elektrik enerjisinin verilişi dayanıb. Elektik şəbəkəsinin işçiləri hadisə yerinə cəlb olunub və həmin əraziyə işığın verilişi qismən bərpa olunub.
Hazırda işlərin tam başa çatması istiqamətində işlər davam etdirilir.