Ağsuda dağlıq ərazidə 40 hektar sahə yanıb

Ağsu rayonunun Bico kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın nəticəsində təqribən 40 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə FHN avqustun 14-də məlumat yayıb.

Nazirliyinin əməkdaşları yanğını əsasən əl əməyindən istifadə edərək söndürüblər. Səbəb yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsidir.

Bununla yanaşı 14 avqust tarixində Şəmkirin Tatarlı kəndi yaxınlığında baş verən yanğın söndürülüb. Hadisə zamanı təxmini 1 hektar sahədə kol-kos yanıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ağsuda dağlıq ərazidə 40 hektar sahə yanıb”

Tövsiyə xəbərlər