TÖVSİYƏ XƏBƏRLƏR

Ağsuda dağlıq ərazidə baş verən yanğın söndürülüb

Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında baş verən yanğın söndürülüb. Yanğın zamanı 100 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə FHN avqustun 17-də xəbər verib.

Yanğının mürəkkəb relyefli dağlıq ərazidə olduğu üçün nazirliyin əməkdaşları və yerli sakinlər onu əsasən əl əməyindən istifadə edərək söndürüblər.

***
17 Avqust, 09:24
Ağsu rayonunun Keşdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib. Bu barədə FHN avqustun 16-da məlumat yayıb.

İlkin məlumata əsasən, təxminən 150 hektar sahədə quru ot və kol-kos yanır.

Əlavə məlumat veriləcək.