Ağsu rayonunun Hacman kəndi yaxınlığında, dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi avqustun 18-də məlumat yayıb.
Verilən məlumata əsasən, yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Hadisə nəticəsində 5 hektar sahədə kol-kos və ağaclar yanıb.
***
18 Avqust, 17:12
Ağsu rayonunun Hacman kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Bu barədə FHN avqustun 18-də məlumat yayıb.
İlkin məlumata əsasən, dağlıq ərazidə 4 hektar sahədə kol-kos və ağaclar yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.