Ağsuda yanğın törədən şəxs saxlanılıb

Avqustun 26-da Ağsu rayon Keçdiməz kəndində yanğın törədən şəxs saxlanılıb. Bu haqda DİN məlumat verib.

Polisin apardığı əməliyyat-istintaq nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim etdiyi məlum olub.

Saxlanılan şəxsin əmisi oğlu da polisə şikayət etmişdir. Zərərçəkmişin sözlərinə görə,o, naməlum maskalı şəxs tərəfindən döyülüb və geyimi bıçaqla yararsız hala salınmışdır. Aparılan araşdırma zamanı onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı aşkarlanıb. Verilən yalançı ifadəyə səbəb isə gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olub.

Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma davam edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Ağsuda yanğın törədən şəxs saxlanılıb”

Tövsiyə xəbərlər