Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir

Bugün, 19 avqust tarixində ölkənin bir sıra bölgələrində Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Aksiya Qan bankının paytaxt və bölgələrdəki filiallarında, ümumilikdə 9 nöqtədə təşkil olunub:

  1. Mərkəzi Qan Bankı;
  2. Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr., Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpus, 1 ci mərtəbə;
  3. Quba bölgə bölməsi: Quba Qan bankı, Fətəli Xan küç. 10, Tibb Kollecinin binası;
  4. Şirvan bölgə bölməsi: Heydər Əliyev pr. 16, Şirvan şəhər Mərkəzi Xəstəxanası;
  5. Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri, Nizami küç. 67, Lənkəran Mərkəzi xəstəxanası;
  6. Şəki bölgə bölməsi: Şəki şəhəri, M.Ə.Rəsulzadə 164;
  7. Mingəçevir bölgə bölməsi: 20 yanvar küç., Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının “C” korpusu;
  8. Gəncə bölgə bölməsi: Gəncə şəhəri, S.Hacıyev küç. 2;
  9. Bərdə bölgə bölməsi: N.Nərimanov küç. 2.

Aşura Məhərrəm ayının 10-cu günü qeyd olunur. Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə son illərdə Aşura günü qanvermə aksiyaları keçirilir. Toplanan qanlar qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Aşura ilə əlaqədar qanvermə aksiyası keçirilir”

Tövsiyə xəbərlər