Sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı 15 000-i ötüb. Bu barədə 19 sentyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Proqram 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldıqları xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.
E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci il 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün proaktiv qaydada birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etmişsə, vərəsələri müvafiq sənədləri linkdə qeyd edilən qaydada təqdim etdikdə onlara da qeyd olunan ödənişlər təyin olunaraq hesablarına köçürülür.