TÖVSİYƏ XƏBƏRLƏR

ƏƏSMN: dekabr ayının müavinət, təqaüd, ünvanlı yardımları qrafikdən əvvəl ödənildi

Dekabr ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq qrafikdən əvvəl – bu gün, 24 dekabr tarixində ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 dekabr tarixində məlumat verib.

Vətəndaşlar sosial ödənişlərini onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Bundan əvvəl dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 15-də isə ölkənin digər bölgələri üzrə pensiyalar, o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Beləliklə, dekabr ayının bütün sosial təminat növləri üzrə ödənişləri yekunlaşıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx