TÖVSİYƏ XƏBƏRLƏR

AAYDA: paytaxtın Abşeron küçəsi təmir edilir

Buzovna qəsəbəsi, Abşeron küçəsi, döngə 21 ünvanında təmir işləri aparılır. Bu barədə 14 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 1 500 metr, eni isə ortalama 6 metr təşkil edir. Küçəboyu köhnə asfalt örtüyü frezlənib, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub.

Qeyd olunub ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 26,5 kilomert küçə və yolun təmiri aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx