“Füzuli beynəlxalq hava limanının açılışı bütün regionu birləşdirəcək”. Bunu sentyabrın 6-da ABŞ-dan olan analitik, yazıçı və icmalçı Pol Qobl bildirib. O deyib ki, nəqliyyat əlaqələrinin həyata keçirilməsi bu rayonu Azərbaycana yenidən inteqrasiya etməyə imkan verəcək.
Onun sözlərinə görə, ən vacib fakt rəsmi Bakının bu hava limanının tikintisini həyata keçirdiyi vaxtla bağlıdır: “Bu, ölkənin Ermənistandan fərqli olaraq, bu cür layihələri həyata keçirmək üçün resurslara malik olduğunu göstərir”.
Analitik vurğulayıb ki, bu rəsmi Bakının bu cür işləri digər ərazilərdə də həyata keçirəcəyinin nümunəsidir.
Sentyabrın 5-də Füzuli hava limanına ilk təyyarə uçuşu baş tutub. Bakı-Füzuli reysi üzrə uçuş müddəti 35 dəqiqədir. Prezidentin tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.